×
A
A
A
Sazlamalar

ASK ilə Vergilər Nazirliyi sahibkarlığa kömək üçün məlumat mübadiləsi aparacaq

Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Vergilər Nazirliyi ilə vergi siyasəti və vergi münasibətləri sahəsində sahibkarlığın inkişafına kömək göstərilməsinə xidmət edən məlumatların mübadiləsi və məsləhətləşmələrin həyata keçirilməsini nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
ASK prezidenti qeyd edib ki, sahibkar–vergi münasibətlərində elə bir forma seçilməlidir ki, vergi ödəyicisi vergi ödəməkdən qürur hissi keçirsin. “ASK sahibkar-vergi münasibətlərinin daha da təkmilləşdirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək”, - deyə M.Musayev bildirib.

 

Biznes 2018-02-13 12:04:00