×
A
A
A
Sazlamalar

Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi Azərbaycana rəsmi səfər edəcək

Bakı, 9 fevral, AZƏRTAC

Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi Arxiyepiskop Paul Riçard Gallagher fevralın 9-12-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Arxiyepiskop Paul Riçard Gallagherin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü, Fəxri xiyabana və Şəhidlər xiyabanına, Müqəddəs Məryəm Katolik Kilsəsinə, Təzəpir Məscidinə ziyarəti və başqa tədbirlərin təşkil edilməsi planlaşdırılır.

Xarici siyasət 2018-02-09 12:46:00