×
A
A
A
Sazlamalar

Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə görüşəcək

Bakı, 16 yanvar, AZƏRTAC

Yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edəcək.

Xarici siyasət 2018-01-16 11:59:00