Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


“Rosturizm” Agentliyi turistlərə Yaponiyadakı hava şəraiti barədə xəbərdarlıq edib

Bakı, 13 yanvar, AZƏRTAC

“Rosturizm” Agentliyi Yaponiyaya səfər etməyi planlaşdıran rusiyalılara orada güclü qar yağmasını nəzərə almağı, turoperatorlara isə hava şəraiti barədə müştəriləri məlumatlandırmağı tövsiyə edir.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, “Rosturizm” Rusiya XİN-in Böhran Vəziyyəti Mərkəzi Departamentinə istinad edərək, Yaponiyanın Niiqata, Fukui, İsikava, Toyama prefekturalarında güclü qar yağması nəticəsində hava şəraitinin kəskin dəyişdiyini bildirib. Proqnoza görə, bu cür hava yanvarın 15-dək davam edəcək.

Dünya 2018-01-13 02:52:00