Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


İtkin düşmüş alpinistlərin axtarışları mürəkkəb relyefli yüksək dağ massivində aparılır

Bakı, 12 yanvar, AZƏRTAC

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 12-də davam edib.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinə istinadla xəbərə verir ki, əməliyyatda nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak edirlər.
Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.
Axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2700-3000 metr yüksəklikdə) aparılır. Əlavə məlumat veriləcək.

Hadisə 2018-01-12 20:45:00