Ukraynanın UNİAN agentliyi: Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə qurulub
Kiyev, 12 yanvar, AZƏRTAC
Ukraynanın tanınmış UNİAN informasiya agentliyində Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından bəhs edən, Azərbaycan dövlətinin yürütdüyü din siyasətinin müsbət dəyərləndirildiyi məqalə yayılıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanda dini qurumların kütləvi şəkildə dövlət qeydiyyatına alındığı qeyd olunur. Bildirilir ki, Azərbaycanda 800-ə yaxın dini qurum Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb. Konfessional baxımdan onların 765-i İslam, 28-i isə qeyri- islam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
Məqalədə qeyd olunur ki, Azərbaycanda 10 dövlət təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə ərazisində 2 mindən çox məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir. Azərbaycanda 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
ICESCO azadlıqlar və islami dəyərlər mövzusunda konfransa ev sahibliyi edib
Dövlət Komitəsi nəzir qutuları və ianələrlə bağlı əsassız ittihamlar səsləndirənlərə cavab verib
Azərbaycandakı dini konfessiya rəhbərləri Laçın yolundakı vəziyyətlə bağlı birgə bəyanat yayıblar