×
A
A
A
Sazlamalar

Astanada ərzaq təhlükəsizliyi üzrə İslam Təşkilatının qərargahı açılacaq

Astana, 21 noyabr, АZƏRTAC
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev “Qazaxıstan hökuməti və ərzaq təhlükəsizliyi üzrə İslam Əməkdaşlıq Təşkilatı arasında qərargahın ratifikasiyası” haqqında qanun imzalayıb.
AZƏRTAC xəbər verir ki, 2018-ci ildən Qazaxıstan bu qərargahın təmin edilməsi üçün 40 milyon tengə (120000 ABŞ dolları) ayıracaq.
Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının məqsədi üzv ölkələrin kənd təsərrüfatının yeniliklərlə təmini və resursların səfərbər edilməsi, ərzaq təhlükəsizliyi rezervlərinin yaradılması da daxil olmaqla üzv ölkələrə fövqəladə və humanitar yardımlar olunması, ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətə nəzarət, ictimai ərzaq idarəedilməsində sistem və texnologiya mübadiləsi, ümumi kənd təsərrüfatı siyasətinin tətbiqi və əlaqələndirilməsidir.
Təşkilata ilk üç ildə Qazaxıstan sədrlik edəcək.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Dünya 2017-11-21 03:51:00