×
A
A
A
Sazlamalar

Canluici Buffon: Çempionlar liqasının qalibi olmayınca, çətin ki, karyeramı bitirim

Roma, 21 noyabr, AZƏRTAC
“Mövsümün sonunda “Yuventus”la UEFA Çempionlar Liqasının baş mükafatını əldə etməyincə, çətin ki, karyeramı bitirim.
AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, bu sözləri Çempionlar Liqasında Barselona ilə oyun ərəfəsində “Yuventus”un qapıçısı Canluici Buffon söyləyib.
İtaliyanın Dünya Çempionatının təsnifat mərhələsini keçə bilməməsindən təəssüfləndiyini bildirən qapıçı deyib: “Mən rahatam, təqaüdə çıxmaqdan qorxmuram. Mənim üçün həyat maraqlıdır və futbolu buraxmaq qorxum yoxdur”.
Canluici Buffon baş məşqçi və ya hər hansı icraçı vəzifə tutmaq barəsində düşünmür. Mükəmməl karyerası olduğunu deyən idmançı müxtəlif futbolçuların – Zenqa, Takkoni, Peruççi, Toldo, Palyuka, Markedcani kimi qapıçıların məktəbinin davamçısı olduğunu bildirib.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

İdman 2017-11-21 01:39:00