×
A
A
A
Sazlamalar

Amerikalı aktrisa və müğənni Della Riz vəfat edib

Bakı, 21 noyabr, AZƏRTAC
Amerikalı aktrisa və müğənni Della Riz 87 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi Della Rizin yaxınlarına istinadla məlumat yayıb. Məlumatda aktrisanın Kaliforniya ştatında öz evində vəfat etdiyi bildirilir.
Karyerasına 1950-ci illərdə müğənni kimi başlayan Della Riz “Don't you know?” mahnısı ilə məşhurlaşıb. O, “Mələyin toxunuşu” serialında, “Harlem gecəsi” filmində və digər ekran əsərlərində çəkilib.

Dünya 2017-11-21 00:38:00