×
A
A
A
Sazlamalar

ABŞ-ın kosmetika fabrikində partlayış baş verib

Bakı, 20 noyabr, AZƏRTAC
ABŞ-ın Nyu-Vindzor şəhərində (Nyu-York ştatı) “Verla International” şirkətinin kosmetik vasitələr istehsal edən fabrikində bir neçə partlayış baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 75 nəfər xəsarət alıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb. Hadisə yerinə onlarca yanğınsöndürən və xilasetmə xidmətinin nümayəndələri cəlb edilib. Yanan kimyəvi maddələrdir. Hadisə yerindən bir kilometr radiusda yerləşən əhaliyə evlərdə oturmaq və pəncərələri bağlamaq tövsiyə edilib.

Dünya 2017-11-20 23:28:00