×
A
A
A
Sazlamalar

Bakı Dövlət Universitetinin 98 illiyi münasibətilə tələbələr arasında intellektual yarış keçirilib

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan İntellektual Oyunlar Klubunun (AİOK) dəstəyi ilə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı (BDU TGT) tərəfindən universitetin yaranmasının 98 illiyinə həsr olunmuş “BDU-98” adlı intellektual yarış keçirilib.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, Bakı və Sumqayıt şəhərlərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrinin komandalarının da qatıldığı yarışda ümumilikdə 50-dən çox kollektiv mübarizə aparıb.
Gərgin mübarizənin nəticəsində Bakı Mühəndislik Universitetinin “Mühəndislik universiteti” komandası birinci yerin sahibi olub. Azərbaycan Dillər Universitetinin “Fenomen” komandası ikinci yerdə qərarlaşıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Ala qarğa” komandası isə üçüncü yeri tutub.
Qalib komandalar BDU TGT tərəfindən hədiyyələr, diplom və medallarla mükafatlandırılıb.

Sosial 2017-11-20 19:40:00