×
A
A
A
Sazlamalar

“Ümumdünya Hörümçək Toru”nun ixtiraçısı internetdəki problemlərdən narahatdır

Bakı, 20 noyabr, AZƏRTAC

“Ümumdünya Hörümçək Toru” manipulyasiya alətinə çevrilib.
Bu sözləri “Ümumdünya Hörümçək Toru”nun ixtiraçısı Tim Berners Li “The Guardian” nəşrinin jurnalistləri ilə müsahibəsində deyib.
Alim bildirir ki, internet onun düşündüyü istiqamətdə inkişaf etmir. O, internetdə tez-tez saxta xəbərlərin peyda olmasından və internetin köməyi ilə təbliğat aparılmasından narahatdır.
AZƏRTAC “4pda.ru” saytına istinadla xəbər verir ki, Tim Berners Linin fikrincə, müasir internetdəki problemlərin bəziləri “Google” və “Facebook” kimi platformaların reklam sistemləri sayəsində meydana çıxıb. Alim hesab edir ki, hələlik interneti faydalı alətə çevirmək gec deyil.
Qeyd edək ki, 1989-cu il martın 13-də Tim Berners Linin rəhbərliyi ilə Avropa Nüvə Tədqiqatları Mərkəzinin əməkdaşları tərəfindən internetin əsas texnologiyalarından sayılan “World Wide Web” (“WWW”, Ümumdünya Hörümçək Toru) istifadəyə verilib.

Texnologiya 2017-11-20 18:49:00