×
A
A
A
Sazlamalar

BMT-nin baş katibi Britaniyada terrorizmə qarşı mübarizəyə dair brifinq keçirib

London, 20 noyabr, AZƏRTAC
BMT-nin baş katibi Antonio Quterreş Britaniyanın “SOAS” Universitetində “Əks-terrorizm və insan hüquqları: dəyərlərimizi qoruyarkən mübarizəni qazanmaq" mövzusunda brifinq keçirib.
AZƏRTAC xəbər verir ki, brifinqdə 300-ə yaxın tələbə və müəllim, vətəndaş cəmiyyətinin üzvləri iştirak ediblər.
Çıxışında Baş katib terrorizmə qarşı mübarizədə güclü, hərtərəfli və prinsipial yanaşmanın ortaya qoyulmasının önəmini qeyd edib. Diqqətə çatdırılıb ki, terrorizmə qarşı mübarizədə güclü beynəlxalq əməkdaşlığa ehtiyac var. Həmçinin A.Quterreş 2018-ci ildə terrorizmlə mübarizə üzrə təşkilatların rəhbərlərinin BMT sammitinə dəvət etməyi planlaşdırdığını açıqlayıb.

Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2017-11-20 18:40:00