×
A
A
A
Sazlamalar

“Xəmsə” Milli İntellektual Oyununun Abşeron zona mərhələsinin qalibləri müəyyənləşib

Sumqayıt, 20 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Sumqayıtdakı Gənclər Evində “Xəmsə” Milli İntellektual Oyununun yeniyetmələr arasında keçirilən V Azərbaycan çempionatının Abşeron zona mərhələsinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, intellektual oyunda Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının hərəsindən 2 komanda olmaqla, ümumilikdə, 55 gənc mübarizə aparıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən zona birinciliyinin yekununda Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının hərəsindən 1 komanda finala vəsiqə qazanıb.

Regionlar 2017-11-20 18:41:00