×
A
A
A
Sazlamalar

“Təhsil” Respublika İdman Mərkəzinin komandaları beynəlxalq yarışda uğur qazanıb

Bakı, 20 noyabr, AZƏRTAC

“Təhsil” Respublika İdman Mərkəzinin 10-12 yaşlı yeniyetmələrdən ibarət yığma komandaları Türkiyənin Antalya şəhərində futbol üzrə “Limra Cup 2017” beynəlxalq turnirində uğurla çıxış edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mərkəzin komandaları 2005-2006-cı il yaş qrupu üzrə birinci yerə, 2007-ci il yaş qrupu üzrə isə üçüncü yerə layiq görülüb.
Komandaların turnirdə iştirakının təmin edilməsinin əsas məqsədi idmançıların yarış təcrübəsinin artırılması, keçiriləcək beynəlxalq yarışlara hazırlıq səviyyələrinin yüksəldilməsi olub.

Elm və təhsil 2017-11-20 18:18:00