×
A
A
A
Sazlamalar

Ötən il 49 tələbə xarici ölkələrdə turizmlə bağlı təcrübə keçib

Bakı, 20 noyabr, AZƏRTAC
Ötən tədris ilində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələrindən 59-u Bakıda, 15-i regionlarda, 49-u isə xarici ölkələrdə, o cümlədən Türkiyə, İsrail, Şimali Kipr və Rusiyada istehsalat təcrübəsi keçib.
Bunu ATMU-nun keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva AZƏRTAC-a müsahibəsində deyib.
Onun sözlərinə görə, ötən tədris ilində universitetin əyani bölməsinin 140, qiyabi bölməsinin isə 24 tələbəsi istehsalat təcrübəsində olub. Tədris proqramına uyğun olaraq, ötən tədris ilində universitetin magistrantlarından 86-sı elmi-tədqiqat təcrübəsini, 43-ü isə pedaqoji təcrübəni uğurla başa vurub.

Elm və təhsil 2017-11-20 17:38:00