×
A
A
A
Sazlamalar

Azərbaycan alimlərinin məqaləsi beynəlxalq jurnalda dərc olunub

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimlərinin məqaləsi “Thomson Reuters”in elmi bazasına daxil olan jurnalda dərc olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, qiymət və qiymətləndirmə kafedrasının müəllimi Suqra Hümbətova və iqtisadiyyatın tənzimlənməsi kafedrasının baş müəllimi Natiq Hacıyevin həmmüəllifi olduqları məqalə “Azərbaycanın regionlarında inkişafın ikiamilli funksional təhlili” mövzusuna həsr edilib. Alimlər “Electronic Journal of Polish Agricultural Universities” jurnalında dərc olunan məqalədə Azərbaycanın iqtisadi rayonlarında (regionlarda) sənaye istehsalının və aqrar istehsalın əsas fondlardan və işçi qüvvəsindən asılılığının təhlilinı aparıblar. Təhlil zamanı əsasən “Kobb-Duqlas” istehsal funksiyasından və xətti funksiyadan istifadə olunub.

Elm və təhsil 2017-11-20 17:36:00