×
A
A
A
Sazlamalar

İntellektual oyunların tədris prosesinə tətbiqi öyrənilir

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda elektron təhsil üzrə orta məktəblərdə informatika təliminin keyfiyyətinin yüksəldilməsi ilə bağlı araşdırmalar aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə intellektual oyunların növləri, funksiyaları və tədris prosesinə tətbiqi məsələləri araşdırılıb. İnformatika fənninin tədrisi zamanı meydana çıxan problemlər analız olunub. Bu fənnin tədrisində intellektual oyunlardan istifadə etməklə şagirdlərin idrak fəallığının artırılması üçün təklif və tövsiyələr işlənib. Həmçinin jest dilinin problemlərinin araşdırılması istiqamətində müxtəlif ölkələrdə bu dilin tədrisi məsələləri müqayisəli analiz olunub, eşitmə əngəlli insanların cəmiyyətə inteqrasiyası problemləri tədqiq edilib.

Elm və təhsil 2017-11-20 16:11:00