×
A
A
A
Sazlamalar

Azərbaycan Texniki Universitetində UFAZ-ın təqdimatı keçirilib

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan-Fransız Universitetinin (UFAZ) ali məktəblərdə təqdimatı davam edir. Növbəti təqdimat Azərbaycan Texniki Universitetində (AzTU) olub.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin beynəlxalq əlaqələr şöbəsinin müdiri Natiq Əhmədov tələbələrə UFAZ haqqında məlumat verib. Qeyd olunub ki, bu universitet azərbaycanlı tələbələrə Avropada, xüsusilə Fransada təhsil almaq imkanı yaradır. UFAZ-ın məzunları iki diplom - həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, həm də Strasburq Universitetinin diplomlarını alacaqlar.
UFAZ-ın universitetlərarası əməkdaşlıq üzrə məsul şəxsi Morin Raab bildirib ki, “Fransanı seçmək” mövzusu üzrə keçirilən təqdimatın əsas məqsədi bu ölkənin təhsil sistemini və mühitini təsvir etməkdir.
M.Raab vurğulayıb ki, son illər ölkələrimiz arasında yaranan qarşılıqlı dostluq münasibətləri azərbaycanlı gənclərə Fransada təhsil almağa, hətta bu ölkədə uğurlu karyera qurmağa geniş imkan yaradıb.
Təqdimatdan sonra tələbələri maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.

Elm və təhsil 2017-11-20 15:30:00