×
A
A
A
Sazlamalar

İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio vəzifəsindən gedir

Bakı, 20 noyabr, AZƏRTAC

İtaliya Futbol Federasiyasının (İFF) prezidenti Karlo Tavekkio vəzifəsindən gedir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 74 yaşlı mütəxəssis İtaliya millisinin dünya çempionatının finalına vəsiqə qazana bilmədiyi üçün ciddi təzyiqlərlə üzləşib və vəzifəsindən getməyi məqsədəuyğun sayır.
Əgər Tavekkio vəzifəsindən getsə 2018-ci ildə İFF-yə prezident seçkiləri keçiriləcək. Federasiyanın prezidenti postuna isə sabiq hakim Pyerluici Kollinanın seçiləcəyi bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl İFF rəhbərliyi İtaliya millisinin baş məşqçisi Campyero Ventura ilə yollarını ayırıb. Son 60 ildə ilk dəfədir İtaliya millisi dünya çempionatının final mərhələsinə yüksələ bilməyib.

İdman 2017-11-20 14:27:00