×
A
A
A
Sazlamalar

“Sanderlend” klubu Kris Koulmen ilə müqavilə imzalayıb

Bakı, 20 noyabr, AZƏRTAC

Futbol üzrə Uels millisinin keçmiş baş məşqçisi Kris Koulmen İngiltərənin “Sanderlend” klubunu çalışdıracaq.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis cari ilin oktyabrında baş məşqçi postundan ayrılan Saymon Qreysonu əvəzləyib.
Qeyd edək ki, klub rəhbərliyi Kris Koulmen ilə 2,5 ilik müqavilə imzalayıb.

İdman 2017-11-20 12:34:00