×
A
A
A
Sazlamalar

“Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilsin:

Quliyev Səlahəddin Məlik oğlu
Paşayev Hüseyn Məmməd oğlu.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 noyabr 2017-ci il.

Sərəncamlar 2017-11-18 15:40:00