×
A
A
A
Sazlamalar

Pensilvaniyada naməlum şəxs insanlara atəş açıb

Bakı, 22 oktyabr, AZƏRTAC
ABŞ-ın Pensilvaniya ştatının Çester şəhərində naməlum şəxsin insanlara atəş açması nəticəsində 4 nəfər yaralanıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, həmin şəxs basketbol meydançasında toplaşan insanlara atəş açıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Dünya 2017-10-22 06:09:00