Topaz Premyer Liqası: “Sumqayıt” - “Zirə” - 2:1
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının IX turunun ikinci oyun gününün sonuncu görüşündə “Sumqayıt” klubu “Zirə” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Kapital Bank Arena”da baş hakim İnqilab Məmmədovun idarə etdiyi matçın dördüncü dəqiqəsində “Zirə”nin futbolçusu Sadio Tounkara hesabı açıb. Görüşün 37-ci dəqiqəsində Amil Yunanov hesabda tarazlığı bərpa edib – 1:1. Oyunun ilk hissəsi bu hesabla da başa çatıb.
İkinci hissənin sonlarında meydan sahibləri hesabda önə çıxa bilib. Vurğun Hüseynov 83-cü dəqiqədə “Sumqayıt”ın ikinci qolunu vurub – 2:1. Görüşdə qapılara başqa qol vurulmayıb.
Bu qələbədən sonra “Sumqayıt” klubu 13 xalla dördüncü pillədəki mövqeyini möhkəmləndirib.
Turun maraqla gözlənilən qarşılaşması oktyabrın 22-də olacaq. Həmin gün “Qəbələ” komandası “Qarabağ” klubunu qəbul edəcək.
Hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” başçılıq edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncü pillədədir.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir