×
A
A
A
Sazlamalar

Əmircan qəsəbəsində iməcilik zamanı 200 ağac əkilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Suraxanı rayonunun qəsəbələrində ağacəkmə aksiyasının növbəti mərhələsi uğurla davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, növbəti aksiya Əmircan qəsəbəsindəki Balandin küçəsinin ətrafında keçirilib.
Aksiyaların keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpası və təbiətə qayğı hissini təbliğ etməkdir. 200 nəfərin iştirak etdiyi iməcilikdə yolun kənarlarında müvafiq təmizləmə işləri aparılıb, abadlıq işləri görülüb, mövcud yaşıllıqlara qulluq edilib və 200-dən artıq yeni ağac əkilib.

Ekologiya 2017-10-21 17:27:00