×
A
A
A
Sazlamalar

RAGB Soçidə keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalında iştirak edir

Moskva, 21 oktyabr, AZƏRTAC 

Rusiyanın idman paytaxtı Soçidə keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalı sona yaxınlaşır. Buraya dünyanın təxminən 200 ölkəsindən 25 min perspektivli və istedadlı gənc toplanıb.
AZƏRTAC Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) mətbuat xidmətinə istinadən xəbər verir ki, festivalda RAGB nümayəndələri də iştirak edir. Qlobal iqtisadiyyat, siyasət, mətbuatın rolu və könüllülər hərəkatının inkişafı məsələləri festival iştirakçılarının diqqət mərkəzindədir.
Elmi-maarifçilik tədbirlərində, “Əməyə və ölkənin müdafiəsinə hazıram” (ƏMH) idman yarışmalarında xüsusi fəallıq nümayiş etdirən gənclər fərqlənmə nişanları qazanıblar. Festivalın işində RAGB-nin könüllülər korpusunun nümayəndələri də iştirak edirlər.
Açılış mərasimində qonaqları Rusiya Prezidenti Vladimir Putin salamlayıb. O qeyd edib ki, bu gəncləri birləşdirən qurub-yaratmaq, daha çox nailiyyət qazanmaq arzularıdır. V.Putin deyib: “Gənc nəsil daim dünyaya yenilikçi ideyalar gətirir. Cəsarətli olun, öz gələcəyinizi qurun, bu dünyanı dəyişməyə, onu daha da yaxşılaşdırmağa çalışın və ən əsası, inadla yalnız irəli addımlayın”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Cəmiyyət 2017-10-21 15:51:00