×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda geniş sosial-abadlıq işləri aparılır

Bakı, 21 oktyabr, AZƏRTAC

Son illər paytaxtın Binəqədi rayonunda sosial sahədə pilot layihələr həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq yararsız və qəzalı vəziyyətdə olan binalar sökülərək yenidən qurulur, abad məhəllələr salınır, yollar çəkilir, yeni iş yerləri açılır.
AZƏRTAC xəbər verir ki, rayonda mənzil tikintisi və quruculuq, istərsə də bir sıra küçə, yol, prospektlərin, yaşayış binaları, park və xiyabanların müasir və zövqoxşayan üslubda bərpası, kanalizasiya sisteminin təkmilləşdirilməsi sahəsində də zəruri tədbirlər görülür.
Azadlıq prospektindəki 5 nömrəli binada yaşayan 18, eləcə də həmin prospektdəki 187 nömrəli ünvanda qəzalı vəziyyətdə olan yaşayış kompleksində məskunlaşan 26 ailənin mənzillə təmin edilməsi barədə müqavilə bağlanılıb.
Dövlət Proqramına uyğun olaraq Binəqədi-Novxanı-Corat avtomobil yolunun və 12,7 kilometr uzunluğunda Novxanı və Pirşağı qəsəbələrini birləşdirən yeni avtomobil yolunun inşası başa çatdırılıb. Bundan başqa, 8-ci mikrorayondakı Cəfər Xəndan küçəsindəki nəqliyyat tıxacların aradan qaldırılması və intensiv hərəkəti təmin etmək üçün yolun yenidən qurulması işləri həyata keçirilir.
Rayonda məskunlaşan məcburi köçkünlərin məşğulluq probleminin həlli üçün də mühüm addımlar atılıb. Təkcə son vaxtlar rayonda 7 min 880-dən çox daimi iş yeri açılıb. Doqquz ay ərzində orta aylıq nominal əməkhaqqı 427,5 manata çatıb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 4,8 faiz çoxdur.

Sosial 2017-10-21 12:43:00