×
A
A
A
Sazlamalar

“Dialoq fəlsəfəsi” kitabı çapdan çıxıb

Bakı, 21 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun əməkdaşı Şölət Zeynalovun “Dialoq fəlsəfəsi” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılovdur. Nəşr sivilizasiya, mədəniyyət və dinlərarası münasibətlərin açarı hesab edilən dialoq probleminə həsr olunub. Dialoq bu kitabda xalqlar və millətlər arasında münasibətlərin saflaşdırılmasına, onları ziddiyyətlərdən, anlaşılmazlıqlardan, açıq və ya qapalı şəkildə kin və küdurətdən təmizləyərək ümumbəşəri ideala - sülh və əmin-amanlıq içərisində yaşamağa istiqamətləndirən xilas yolu kimi təqdim olunur.
Monoqrafiya dialoq problemi ilə məşğul olan alimlər, tədqiqatçılar, magistrlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Elm və təhsil 2017-10-21 12:33:00