×
A
A
A
Sazlamalar

“Mən əlaçıyam” layihəsinin icrasına başlanılıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin qalibi olmuş “Mən əlaçıyam” layihəsinin icrasına başlanılıb.
Təhsil İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Gəncə şəhəri 14 nömrəli tam orta məktəbin müəllimi Xəyalə Mustafayevanın rəhbərliyi ilə müsabiqədə qalib gəlmiş layihənin əsas məqsədi şəhərin ümumtəhsil müəssisələrində təhsil alan savadlı şagirdlərin ictimaiyyətə təqdim edilməsi, bu yolla onların gələcək təhsil həyatlarında yüksək motivasiyanın təmin olunmasıdır. Layihədə bilikli və savadlı şagirdlərin müəyyənləşdirilməsi məqsədilə sınaq imtahanlarının təşkili nəzərdə tutulub. İmtahanlarda yüksək nəticə göstərən şagirdlərin şəkillərindən ibarət irihəcmli bannerlər hazırlanacaq və həmin məktəblilər Gəncədə tanıdılacaqlar.
Hazırda layihə çərçivəsində planlaşdırılmış işlərin icrası ilə bağlı müvafiq təşkilatlarla əməkdaşlığın qurulması istiqamətində işlər aparılır.

Elm və təhsil 2017-10-21 12:04:00