×
A
A
A
Sazlamalar

Gömrükçülər soyuq silah aşkarlayıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Gömrükçülər soyuq silah aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaja rentgen aparat ilə baxış zamanı monitorda beşbarmağın təsvirləri görünüb. Bu səbəbdən baqaj təkrar yoxlanılıb. Nəticədə, baqajin içərisindəki şəxsi əşyaların arasında 2 ədəd beşbarmaq aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2017-10-21 12:03:00