×
A
A
A
Sazlamalar

Saatlı rayonunun pambıqçıları indiyədək məntəqələrə 17 min tondan çox məhsul təhvil veriblər

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 21-dək ölkə üzrə 111 min 174,63 ton pambıq tədarük olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün 4379,89 ton pambıq təhvil verilib.
Saatlı rayonunda 17320,90 ton, Biləsuvarda 12673,82 ton, Sabirabadda 10730,30 ton pambıq tədarük edilib.
Xatırladaq ki, 2016-cı ildə ölkə üzrə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.
AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 21-nə olan operativ məlumatı təqdim edir.

Kənd təsərrüfatı 2017-10-21 11:53:00