×
A
A
A
Sazlamalar

Gənc həkim-anestezioloq Antalyada keçirilən konfransda iştirak edəcək

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-anestezioloqu Cavid Paşayev oktyabrın 25-dən 29-dək Türkiyənin Antalya şəhərində Reanimasiya Anestezioloji Dərnəyinin illik konfransında iştirak edəcək.
Bu barədə AZƏRTAC-a məlumat verən həkim-anestezioloq əvvəllər Rusiya, Türkiyə, İspaniya və Finlandiyada keçiriləm elmi konfranslarda da iştirak etdiyini söyləyib.
Xatırladaq ki, gənc mütəxəssis indiyədək Türkiyənin İzmir və Malatya, İranın Təbriz və Rusiya Federasiyasının Moskva şəhərlərində ixtisasartırma kurslarında da iştirak edib.

Səhiyyə 2017-10-21 11:34:00