×
A
A
A
Sazlamalar

Gürcüstan: Qızılhacılı kəndində səsvermə sakit və normal atmosferdə keçir

Tbilisi, 21 oktyabr, AZƏRTAC

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçirilən seçkilər bir neçə gün əvvəl silahlı insident baş vermiş Qızılhacılı kəndində də sakit və normal atmosferdə davam edir.
AZƏRTAC xəbər verir ki, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndindəki 48 saylı seçki məntəqədə səsvermə seçici fəallığı ilə başlayıb.
Xatırladaq ki, oktyabrın 19-da axşam saatlarında “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından Marneuli rayon bələdiyyəsi üzvlüyünə majoritar qaydada namizədliyi irəli sürülən Ceyhun Çoydarov Qızılhacılı kəndindəki seçki qərargahının önündə naməlum şəxslərin odlu silahdan açdığı atəş nəticəsində ağır yaralanmışdı.
İnsident zamanı daha dörd nəfər güllə yarası almışdı.
Namizədin yaxın dostu Ayaz Məmmədovun verdiyi məlumata görə, hazırda C.Çoydarovun vəziyyəti normaldır. Bu xəbər kənd əhalisinin sevincinə və seçici fəallığının artmasına səbəb olub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2017-10-21 11:29:00