×
A
A
A
Sazlamalar

Qazaxda minifutbol üzrə rayon turnirinin qalibləri mükafatlandırılıb

Qazax, 21 oktyabr, Famil Quliyev, AZƏRTAC
Qazax Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş həvəskar komandalar arasında minifutbol üzrə rayon turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 16-dan start götürən yarışda 16 komanda iştirak edib.
Gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində Dövlət Sosial Müdafiə Fondunun “Qazax” komandası I yerə, Qazax Dövlət Sosial-İqtisadi Kollecin komandası II yerə, Birinci Şıxlı kəndinin "Gənclər" komandası III yerə sahib olub.
Turnirin qalibləri kubok, medal və diplomlarla təltif ediliblər.

Regionlar 2017-10-21 10:36:00