×
A
A
A
Sazlamalar

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99 faiz təşkil edir.

Maliyyə 2017-10-21 07:34:00