×
A
A
A
Sazlamalar

Misirdə silahlı toqquşma zamanı 58 polis ölüb

Qahirə, 21 oktyabr, AZƏRTAC

Misirin paytaxtı Qahirənin yaxınlığında, Əl-Vahat rayonunda polislə terrorçular arasında silahlı toqquşma baş verib. Bu barədə Misirin “Məsraui” xəbər portalı məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, qarşıdurma nəticəsində Misir xüsusi təyinatlı polisin təhlükəsizlik xidmətinin 58 əməkdaşı ölüb, 15-i isə yaralanıb. Məlumata görə, polis əməkdaşları rayonda gizlənən terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparırlarmış. Terrorçular odlu silahlardan, o cümlədən ağır silahlardan istifadə edərək polisləri atəşə tutublar.
Hazırda hadisə yerində cinayətkarların axtarışı aparılır. Axtarış üçün helikopterlər cəlb olunub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2017-10-21 04:17:00