×
A
A
A
Sazlamalar

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Bakı, 21 oktyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Dövlət başçıları müxtəlif istiqamətlərdə ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu bildiriblər.
Qeyd olunub ki, sentyabrın 28-də Ankarada keçirilən yüksək səviyyəli görüş zamanı əldə edilən razılaşmalar, o cümlədən ticarət-iqtisadi sahədə, uğurla həyata keçirilir.

Dünya 2017-10-21 03:33:00