×
A
A
A
Sazlamalar

Topaz Premyer Liqasında “Səbail” komandası “İnter”i məğlub edərək beşinci pilləyə yüksəlib

Bakı, 20 oktyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunun ilk oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 20-də “Dalğa Arena”da “Səbail” klubu “İnter”i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 16-cı dəqiqədə Murtuz Abakarov vurub.
Bu qələbə sayəsində xallarını doqquza çatdıran “Səbail” beşinci pilləyə yüksəlib. Çempionatda üçüncü dəfə məğlub olan "İnter" isə altıncı pilləyə düşüb.
Oktyabrın 21-də daha iki görüş keçiriləcək. “Kəpəz” Gəncə şəhər stadionunda “Neftçi” ilə qarşılaşacaq. “Kapital Bank Arena”da keçiriləcək günün digər oyununda “Sumqayıt” və “Zirə” klubları üz-üzə gələcək.
Turun maraqla gözlənilən qarşılaşması oktyabrın 22-də olacaq. Həmin gün “Qəbələ” komandası “Qarabağ” klubunu qəbul edəcək.
Hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” başçılıq edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncü pillədədir.

İdman 2017-10-20 22:03:00