×
A
A
A
Sazlamalar

Kabildə terror aktı nəticəsində azı 30 nəfər həlak olub

Bakı, 20 oktyabr, AZƏRTAC

Əfqanıstanın paytaxtı Kabil şəhərində şiələrə məxsus məscid terrorçu-kamikadzenin hücumuna məruz qalıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi general-mayor Alimast Momand partlayış nəticəsində azı 30 nəfərin həlak olduğunu, 45 nəfərin isə yaralandığını bildirib.
Partlayış Kabilin qərbində yerləşən Daşti-Barçi rayonundakı imam Zaman məscidində, axşam namazı vaxtı törədilib. Hələlik heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib.

Dünya 2017-10-20 19:18:00