×
A
A
A
Sazlamalar

Ermənistan ordusunun hərbçisi xidmət yoldaşını güllələyib

Bakı, 20 oktyabr, AZƏRTAC

Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan altıncı dağ atıcı alayın ərazisindəki postda hərbi qulluqçular arasında münaqişə baş verib.
AZƏRTAC xəbər verir ki, mübahisə zamanı qumbaraatan vəzifəsində xidmət edən hərbi qulluqçu Aram Xaçaturyan xidmət yoldaşı David Harutunyanı avtomatla başından güllələyib. Xəstəxanaya aparılarkən ağır yaralanmış hərbi qulluqçu D.Harutunyan yolda ölüb.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Dünya 2017-10-20 18:50:00