Almaniyada “Azərbaycan Bolqarıstanla Berlində rastlaşır” adlı sərgi açılıb
Berlin, 20 oktyabr, AZƏRTAC
Almaniyada yerləşən “Bakı-Berlin” qalereyasının təşkilatçılığı ilə “Azərbaycan Bolqarıstanla Berlində rastlaşır” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə azərbaycanlı və bolqar rəssamlar tərəfindən müxtəlif üslublarda çəkilmiş əsərlər nümayiş etdirilir.
Açılış mərasiminə “Bakı-Berlin” qalereyasının kuratoru Pərvanə Əhrari təmsil etdiyi qalereyanın təkcə alman və azərbaycanlı rəssamların əsərlərinin nümayiş etdirilməsi ilə kifayətlənmədiyini bildirib. O burada, həmçinin müxtəlif ölkələri təmsil edən digər rəssamların əsərlərinin də sərgiləndiyini söyləyib. Bildirib ki, azərbaycanlı rəssamlarla yanaşı, bolqar rəssamlarının əsərlərinin “Bakı-Berlin” qalereyasında nümayişi bunun bariz göstəricisidir.
Sərginin açılışında Azərbaycan və Bolqarıstan səfirliklərinin əməkdaşları da iştirak ediblər. Onlar iki ölkə arasında sıx mədəni əməkdaşlığın mövcud olduğunu və bunun uğurla davam etdirildiyini bildiriblər.
Sərgi noyabr ayının sonunadək davam edəcəkdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir