×
A
A
A
Sazlamalar

İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC–nin 25 milyon manat həcmində, 18 il (6480 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, yerləşdirilmə zamanı istiqrazların hərrac qiyməti 1003,50 AZN olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 200 000,00 manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 milyon manatdır. İstiqrazlar 2035-ci il iyunun 6-da ödəniləcək.

Maliyyə 2017-10-20 18:04:00