×
A
A
A
Sazlamalar

Sağlam həyatın təşviqi ilə bağlı “Fitnes etikası” adlı seminar təşkil olunub

Bakı, 20 oktyabr, Həsrət Mahmudova, AZƏRTAC

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) oktyabrın 20-də Bakıda, Etika Akademiyasında “Fitnes etikası” adlı seminar təşkil edib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində AGAT-ın sədri Lalə Mehdiyeva çıxış edərək seminarın məqsədlərindən danışıb. Bildirib ki, əsas məqsəd gənclər arasında sağlam həyatın, sağlam qidalanmanın təşviqi, bədən tərbiyəsinin psixoloji tərəflərinin aşılanmasına dəstək olmaqdır.
Sonra seminar başlayıb. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, fitnes üzrə ekspert Əkbər Kərim bildirib ki, digər idman növlərindən fərqli olaraq fitnesdə əsas məqsəd bədəndəki bütün əzələləri alətlə və ya alətsiz tək-tək işlədərək elastikləşdirmək və formaya salmaqdır. Demək olar ki, bütün idman növlərində fitneslə əlaqəli idman hərəkətləri var. Fitnes bədənə forma verən idman növlərindən bir qədər fərqlidir. Fitnes zamanı edilən hərəkətlər bədənin elastikliyini artırır və estetik gözəllik bəxş edir. Bu idman növü ilə mütəmadi məşğul olmaq lazımdır.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Sosial 2017-10-20 17:19:00