×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi” dünyanın ən böyük infrastruktur layihələrindən biridir

Bakı, 20 oktyabr, AZƏRTAC

“Cənub Qaz Dəhlizi” dünyanın ən böyük infrastruktur layihələrindən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşündəki çıxışında deyib.
Ölkə başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır: “Bu gün biz tərəfdaşlarımızla birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, dünyanın ən böyük infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP qaz kəməri üzrə saziş 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında İstanbul şəhərində imzalanmışdır və bu kəmər gələn il istifadəyə veriləcəkdir”.

 

Neft - qaz 2017-10-20 17:07:00