×
A
A
A
Sazlamalar

Dilçilik İnstitutunun əməkdaşları Beyləqanda dialektoloji materiallar toplayıblar

Bakı, 20 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası” üzərində çalışırlar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası” dövlət başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.3.5. bəndinin həyata keçirilməsi məqsədilə hazırlanır.
Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları dialektoloji atlasın hazırlanması üçün Qarabağ Regional Mərkəzinə daxil olan bir çox rayonlarda tədqiqat işləri aparıblar. Oktyabr ayında isə dialektoloqlar Beyləqan rayonunda olublar. Rayon rəhbərliyinin yaratdığı mütəşəkkil iş şəraitində alimlər çox səmərəli işləyərək yerli əhalidən dialektoloji materiallar toplayıblar.

Elm və təhsil 2017-10-20 17:04:00