×
A
A
A
Sazlamalar

Avtomobildə gizlədilən mobil telefonlar aşkarlanıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Avtomobildə gizlədilən mobil telefonlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı, avtomobilin yük bölməsində, xüsusi düzəldilmiş gizli saxlanc yerində 10 ədəd “Samsung Galaxy J3 Pro” markalı mobil telefon və aksesuarları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2017-10-20 13:48:00