Başqasına məxsus bankomat kartından pul çıxaran şəxs tutulub
Bakı, 20 oktyabr, AZƏRTAC
Bakı şəhər sakini olan bir şəxs Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə bankomat kartından pulunun çıxarılması barədə müraciət edib. O, ərizəsində naməlum şəxs tərəfindən avqustun 28-də hesabındakı 940 manatın çıxarılaraq oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilib.
Araşdırmalarla onun Lerik rayon sakini Cəmşid Alışov olduğu məlum olub. O, törətdiyi əməli etiraf edib və bildirib ki, həmin bankomat kartını küçədən tapıb. Kartın kodu üzərində yazıldığından hesabdakı məbləği çıxarıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO