×
A
A
A
Sazlamalar

İspaniyanın “Mundo Deportivo” portalı “Qarabağ”la bağlı yol verdiyi səhvi düzəltdi

Madrid, 20 oktyabr, AZƏRTAC 

İspaniyanın “Mudno Deportivo” portalı “Atletiko Madrid” klubunun oyunçusu Yannik Korasko haqqında yaydığı məqalədə İspaniya klubunun “erməni “Qarabağ”ına qarşı” oynamasını yazaraq səhvə yol vermişdi.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin operativ müdaxiləsi nəticəsində bu səhv aradan qaldırılıb. Məqalədəki ifadə “Azərbaycan “Qarabağ”ı” ilə əvəzlənib.
Xatırladaq ki, son günlərdə İspaniya mətbuatında Azərbaycan, “Qarabağ” klubu, Ağdam haqında çox sayda məqalə və məlumat dərc olunub. “Marca”, “AS”, “ABC” və digər media qurumları kimi “Mundo Deportivo” portalı da bu mövzuda bir neçə məqalə dərc edib. Həmin məqalələrdə Azərbaycanın iqtisadi inkişafından, Bakının müasirliyindən, “Qarabağ” klubunun vətəni olan Ağdam şəhərinin müharibə nəticəsində işğal olunub dağıdılmasından söz açılıb və “Qarabağ”ın Azərbaycan çempionu olması qeyd edilib.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

İdman 2017-10-20 13:30:00