×
A
A
A
Sazlamalar

Bakıda grappling üzrə dünya çempionatı davam edir

 

Bakı, 20 oktyabr, AZƏRTAC

Bakıda kişilər və qadınlar arasında grappling və grappling-gi üzrə sayca 10-cu dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışa 33 ölkədən, ümumilikdə, 550 idmançı qatılıb.
Çempionatın üçüncü günündə grappling versiyası üzrə böyüklər arasında mübarizəyə start verilib.
Qeyd edək ki, çempionata oktyabrın 21-də yekun vurulacaq.

İdman 2017-10-20 13:09:00