×
A
A
A
Sazlamalar

Tibb Universitetinin Klinikasında yeni şöbə açılıb

Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında plastik və rekonstruktiv cərrahiyyə şöbəsi açılıb.
AZƏRTAC xəbər verir ki, İtaliyanın tanınmış plastik cərrahı Alessandro Marano bir neçə gündür ki, xəstələri qəbul etməyə başlayıb.
Onun fəaliyyət sahəsinə əsasən üz-çənə nahiyəsinin patologiyası üzrə diaqnostika, terapiya, tibbi və cərrahi müdaxilələr daxildir.

Səhiyyə 2017-10-20 12:13:00